2025 08 15t193932z 124117945 rc2r7gaujvv0 rtrmadp 3 ukraine crisis summit 20250816155846201

Bəzi Avropa İttifaqı siyasətçiləri Budapeştdə keçirilməsi planlaşdırılan RusiyaABŞ Prezidentləri sammitini pozmaq üçün təxribatlara əl atacaqlar.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

O vurğulayıb ki, Avropa liderlərinin marağı sülh deyil, münaqişənin davam etdirilməsidir.

Nazir buna görə də sammitin baş tutmaması üçün yaxın həftələrdə və ya günlərdə müxtəlif təşəbbüslərin ola biləcəyini istisna etməyib.

Həmçinin qeyd edib ki, Macarıstanın baş naziri Viktor Orban Avropada RusiyaABŞ Prezidentləri ilə yaxın əlaqələr qura bilən yeganə siyasətçi olaraq qalır və görüşün Budapeştdə keçirilməsi məhz bu səbəbdəndir.

Tahir Turan
Globalinfo.az

Paylaş: