ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask işini tərk etmək istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
İddia olunub ki, Maskın xüsusi dövlət işçisi statusu bu ilin may ayında başa çatır və müddətin uzadılıb-uzadılmayacağı hələ məlum deyil.
“Maskın ABŞ hökumətini tərk etmək istəyi onun qeyri-etik hücum axınından yorulması ilə bağlıdır. Eyni zamanda, o, hazırda rəhbərlik etdiyi DOGE-nin gələcək fəaliyyətindən narahat deyil. Çünki komandasının üzvləri artıq bir çox federal qurumlarda özlərini təsdiqləyiblər”.
Qeyd edək ki, DOGE ABŞ Prezidenti Donald Trampın qərarı ilə yaradılıb.
Günay Rəsulqızı
Globalinfo.az