Putin Təhlükəsizlik Şurasını toplayır

Gələn həftə Rusiya Prezidenti Vladimir Putin “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks“ məlumat yayıb.

Məlumata görə, Putin terror aktının təhqiqatını və zərərçəkənlərə yardımın göstərilməsi prosesini izləməyə davam edəcək.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktı martın 22-də axşam saatlarında “Piknik” qrupunun konsertindən əvvəl baş verib. Bir neçə nəfər binaya girərək atəş açıb.