
Rusiya Prezidenti Vladimir Putin Rusiya və Ukraynanın xüsusi hərbi əməliyyatda itkilərinin sayını şərh edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, TASS-ın dünya xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə danışıb.
O, Ukrayna ordusunun ayda təxminən 50 min insan itirdiyini bildirib:
“Əgər geri qaytarıla bilməyən itkilərdən danışırıqsa, onda nisbət belədir: birə beş… Bu, Ukraynada total səfərbərlik həyata keçirmək cəhdi ilə bağlıdır, çünki döyüş meydanında çox böyük itkilər var”.














