Putin: Rus xalqını qorxutmaq cəhdi əks nəticə verdi

“Rusiya xalqını qorxutmağa çalışan düşmən əks nəticə əldə etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Düşmənlərimiz bu addımları ilə nəticə əldə etməyi düşünürdülər. Doğrudur, onlar nəticə əldə etdilər, ancaq gözlədiklərinin tam əksi baş verdi”, – Putin vurğulayıb.

Kreml rəhbəri bildirib ki, ruslar səs verməklə öz vəzifələrini icra ediblər. İndi hökumət xalq qarşısında öz borcunu yerinə yetirməlidir. Putin siyasi qüvvələri ölkədəki ümumi problemlərin həlli üçün kompromis axtarmağa çağırıb

“Biz ölkə vətəndaşlarına bir daha təşəkkür etməliyik. Seçicilər bu cür fəallıq nümayiş etdirdilər. Bu, xüsusən indiki şəraitdə çox vacib idi”, – prezident vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az