Kremldə Rusiya prezidenti Vladimir Putin və Slovakiyanın Baş naziri Robert Fitso arasında danışıqlar başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.
“Rusiya Federasiyasının prezidenti ilə Slovakiyanın Baş naziri arasında aparılan danışıqlardan sonra media üçün birgə bəyanatın verilməsi nəzərdə tutulmayıb”, – D.Peskov deyib.
***
Rusiya Prezidenti Vladimir Putin Kremldə Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rossiya” kanalının müxbiri Pavel Zarubin məlumat yayıb.
O, tərəflərin danışıqlar apardığını qeyd edib.














