Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana gedəcək.
Globalinfo.az xəbər verir ki, o, mayın 28-29-da Astanada təşkil olunacaq Avrasiya İqtisadi İttifaqının (AVROASİYA) sammitinə qatılacaq.
Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin bildirib ki, rəsmi proqramın böyük bir hissəsi Rusiya Prezidentinin Qazaxıstan lideri Qasım-Jomart Toxayevlə təkbətək və qeyri-rəsmi şəraitdə şəxsi ünsiyyətinə həsr olunacaq.