Pokrovsk şəhəri uğrunda qızğın döyüşlər gedir, ruslar buranı tutmaq istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski bildirib.
“Bizim döyüşçülərimiz orada mühasirədə deyil, lakin vəziyyət mürəkkəbdir.
Putin Pokrovsk şəhərinə gəlmək istəyir, buyursun. Hamı bizi alqışlayacaq, çünki bilirlər ki, proses necə bitəcək”, – Ukrayna Prezidenti qeyd edib.














