Putin Paşinyanla görüşə bilər – Kremlin sadə şərti

“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında yaxın zamanda əlaqə yaradılması ilə bağlı hər hansı planlama yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Hazırda onlar arasında telefon danışığı nəzərdə tutulmayıb. Amma Ermənistanın Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin iclasında iştirak etmək üçün Sankt-Peterburqa gəlsə, danışıqlar üçün imkan yaranacaq”, – Peskov bildirib.

Ayşən Mustafa
Globalinfo.az