Buna nail olmaq üçün bizə 20 il lazım olacaq – Saqatelyan

“Hakimiyyətin siyasəti səbəbindən Ermənistan müttəfiqlərini itirir”.

Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan deyib.

O bildirib ki, İrəvan yeni müttəfiqlər də qazanmır.

“Qərb birbaşa deyir ki, Ermənistanın təhlükəsizliyini təmin etmək niyyətində deyil. Amma bizim Rusiya ilə strateji müttəfiqlik müqaviləmiz mövcuddur. Qarşılıqlı etimad şəraitində münasibətlərimizi normallaşdırmaq, təhlükəsizliyimizlə bağlı məsələləri həll etmək imkanımız var. İran dəfələrlə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyü onun üçün “qırmızı xətt”dir. Biz Qərbin yaxşı və ya pis olduğunu müzakirə etmirik. Onun Ermənistana dəstəyinin real olmadığını deyirik. Hakimiyyət erməni xalqını aldadır. Bizə Avropa vizasından, təhlükəsiz həyatdan danışır. Ermənistana Aİ üzvü kimi müşahidəçi statusunun verilməsi ilə bağlı yalnız bir dəfə müzakirə aparılıb. Buna nail olmaq üçün bizə azı 20 il lazım olacaq. İndiki reallıqları nəzərə alsaq, bu müddətdə Ermənistan dövləti mövcud olmayacaq”, – Saqatelyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az