1761739632347891361690203704e8bc 1 1

Rusiya Prezidenti Vladimir Putinə əfv oluna biləcək məhkumların siyahısı təqdim edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqramda Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev məlumat verib.

Bundan əvvəl insan haqları fəalı Eva Merkaçova dövlət başçısına Yeni il ərəfəsində bəzi məhbusların əfv edilməsi ilə bağlı təklif irəli sürmüşdü. Söhbət kiçik, zorakılıq xarakteri daşımayan cinayətlərə görə ilk dəfə məsuliyyətə cəlb olunmuş Rusiya vətəndaşlarından gedirdi.

Vladimir Putin bu təklifə cavab olaraq namizədlərin siyahısının yenidən nəzərdən keçirilməsinə razılıq verib. Valeri Fadeyev əfvin Yeni ildən əvvəl baş tutacağına ehtiyatla yanaşdığını bildirib.

Onun sözlərinə görə, əgər bu, bayrama qədər reallaşmasa, ideyanın tamamilə gündəmdən çıxarıldığı anlamına gəlmir. Fadeyev qeyd edib ki, əfvlər adətən bayram günləri ərəfəsində həyata keçirilsə də, bəzən konkret tarixlə bağlı olmadan da baş verə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: