Putin məyus olub: atəşkəsə hazırdır – Kremldəki məxfi mənbə

Putin məyus olub: atəşkəsə hazırdır - Kremldəki məxfi mənbə

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə proseslərə bələd olan dairələrin vasitəçiliyi ilə müharibəni dayandırmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kremldəki məxfi mənbəsinə istinadən bildirib.

Nəşr yazır ki, Rusiya Prezidenti ilə işləyən 3 nəfər Putinin Qərbin atəşkəs danışıqlarına qarşı çıxmasına görə məyus olduğunu deyib.

Adı açıqlanmayan Kreml nümayəndəsi deyib ki, Rusiya nə qədər lazımdırsa, döyüşə bilər, lakin Putin həm də atəşkəs razılaşmasına hazırdır:

“Mənbə həmçinin Moskvanın NATO ərazilərində heç bir hədəfinin olmadığını vurğulayıb. Bundan başqa, Putinin yeni səfərbərliyin elan edilməsini istəmədiyini, Kiyevin danışıqlardan yayınmasına görə məyus olduğunu deyib. Rusiya lideri nüvə eskalasiyası riskini də gözə almaq istəmir”.

Agentliyin Ukrayna rəsmilərindən məsələyə şərh almaq cəhdləri nəticəsiz qalıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 7-də keçirilən andiçmə mərasimində Moskvanın Qərb dövlətləri ilə dialoqa hazır olduğunu deyib.

Ayşən Mustafa
Globalinfo.az