Rusiya Prezidenti Vladimir Putin Aleksandr Alimovu xarici işlər naziri Sergey Lavrovun müavini təyin edib.
Globalinfo.az xəbər verir ki, Putin bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, Aleksandr Alimov 2022-ci ildən bəri Rusiya Xarici İşlər Nazirliyinin çoxtərəfli humanitar əməkdaşlıq və mədəni əlaqələri şöbəsinə rəhbərlik edib. Bundan əvvəl, o, Rusiyanın BMT-nin və Cenevrədəki digər beynəlxalq təşkilatların daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb. 2008-ci ildən 2012-ci ildən etibarən Nyu-Yorkdakı Rusiyanın BMT-dəki daimi missiyasının baş müşaviri olub.