Rusiya prezidenti Vladimir Putin 2026-cı ildə Krımda xüsusi qurultayın keçirilməsi barədə göstəriş verib.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə məlumat Kremlin rəsmi saytında dərc olunub.
qurultayda Krım, Sevastopol, qondarma “Donetsk Xalq Respublikası” (DXR), “Luqansk Xalq Respublikası” (LXR), Zaporojye və Xerson vilayətlərini təmsil edən rusiyalıların iştirakı nəzərdə tutulur.
“Rusiya Federasiyası Hökuməti, Prezident Administrasiyası və Krım Respublikasının Nazirlər Şurası ilə birlikdə 2026-cı ildə qeyd olunan bölgələrdən olan rusiyalıların Krımda qurultayının (konfransının) təşkilini təmin etsin”, – sənəddə qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl prezident Putin Ukrayna Silahlı Qüvvələrinin hücumlarına məruz qalan ərazilərin bərpası və inkişafı ilə bağlı xüsusi proqram hazırlanmasını hökumətə tapşırmışdı. Eyni zamanda o, Krım və yeni “daxil edilmiş” bölgələrdə keçirilən referendumların beynəlxalq səviyyədə tanınmasını tələb etmişdi.
Tahir Turan
Globalinfo.az














