ABŞ yeni dünya müharibəsi ilə hədələnib

“ABŞ-ın Ukraynadakı münaqişədə iştirakı “yeni dünya müharibəsi”nin başlanmasına səbəb ola bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi Park Çonq Çon bildirib.

“Əgər Birləşmiş Ştatlar Ukraynanı Rusiyaya qarşı proksi müharibəyə sövq etməkdə davam edərsə, bu, Moskvanın daha qəti reaksiyasına və yeni dünya müharibəsinə səbəb ola bilər”, – deyə katib bildirib.

Park Çunq Çon əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) Amerika silahları ilə Rusiya sərhədləri yaxınlığındakı hədəflərə hücumları halında Moskvanın “istənilən cavab zərbəsini vermək” hüququ var.

Qeyd edək ki, iyunun 19-da Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pxenyanda danışıqlar zamanı hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıblar . Rusiya lideri bildirib ki, Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində sazişin iştirakçısı olan ölkələrdən birinə hücum olacağı təqdirdə yardım nəzərdə tutulur.

Safura Bənnayeva
Globalinfo.az