Putin Japarovla Uitkoffla söhbətin nəticələrini müzakirə etdi

Putin Japarovla Uitkoffla söhbətin nəticələrini müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan lideri Sadır Japarovla telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, danışıq zamanı V.Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla söhbətinin nəticələri və ABŞ Prezidenti Donald Trampla Alyaskada gözlənilən görüş barədə danışıb.

“Sadır Japarov Rusiya-Amerika dialoqunun inkişafını və Ukrayna böhranının siyasi və diplomatik yolla həlli üçün atılan addımları alqışlayıb”, – Kremlin mətbuat xidmətindən bildirilib.

Putin və Japarov ikitərəfli münasibətləri və hazırda Qırğızıstanın sədrlik etdiyi KTMT-də əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Əliyar Xəlil 

Globalinfo.az