“Putin hərbi cinayətkardır” fikrinə Orbandan maraqlı cavab

“Macarıstan üçün Rusiya ilə ümumi sərhədin olmaması milli maraqlar və təhlükəsizlik baxımından ən vacib məsələdir. Çünki tarixdə bununla bağlı pis xatirələr qalıb”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Qeyd edək ki, Orban Praqada Polşa, Slovakiya və Çexiyadan olan həmkarları ilə görüşüb. O, bu görüşün çox çətin keçdiyini qeyd edib.

Baş nazirlər Rusiyanın Ukraynaya qarşı təcavüzünü qınayıblar. Lakin qonşu ölkəyə yardım göstərilməsi ilə bağlı fikir ayrılığı olduğunu diqqətə çatdırıblar.

Macarıstan liderinin fikrincə, nə Ukrayna, nə də Rusiya müharibədə qalib gələ biləcək. Odur ki, müharibə yalnız sülh danışıqları ilə başa çata bilər.

Polşanın Baş naziri Donald Tusk isə çıxışında Putinin hərbi cinayətkar olduğunu deyib. Orban isə həmkarının fikirinə müdaxilə edərək bunun müharibədən sonra müəyyənləşəcəyini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az