Globalinfo.az-ın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib
Putin bu fikirləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı səsləndirib.
Rusiya liderinin sözlərinə görə, bu mövqeyini daha əvvəl də ifadə edib. Onun fikrincə, Tramp prezident postunda qalsaydı, hadisələr fərqli istiqamətdə inkişaf edərdi.
“Əgər Donald Tramp 2020-ci il seçkilərindən sonra hakimiyyətdə qalsaydı, hadisələrin gedişi fərqli ola bilərdi. Ola bilsin ki, məsələnin sülh yolu ilə həllinə daha çox diqqət ayrılardı”, – deyə Putin bildirib.
O əlavə edib ki, Trampın prezident olaraq qalacağı təqdirdə Ukrayna ətrafında yaranmış böhranın başqa ssenari üzrə inkişaf etməsi ehtimalı var idi.
Əliyar Xəlil