turk

Türkiyə “SAHA 2026” sərgisində ilk dəfə “Yıldırımhan” adlı qitələrarası ballistik raketini nümayiş etdirərək strateji çəkindirmə sahəsində yeni mərhələyə keçdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, raketin uçuş məsafəsi 6000 kilometrə çatır, sürəti isə 9–25 Max aralığındadır.

Dörd mühərriklə təchiz olunan raket azot tetroksid əsaslı maye yanacaqdan istifadə edir ki, bu da ona hipersəs sürətlərinə çatmağa imkan verir.

Bildirilir ki, “Yıldırımhan”ın yüksək sürəti və manevr qabiliyyəti onun müasir hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RAM) sistemlərini aşmaq imkanını artırır.

Ankarada qeyd olunur ki, bu yeni texnologiya ölkənin müdafiə strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir.

Image 1

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: