Putin Ermənistanda neçə faiz səs toplayıb?

Ermənistanda yerləşən məntəqələrdə Rusiya prezident seçkiləri üzrə səsvermənin nəticələri məlum olub.

Globalinfo.az xəbər verir ki, hazırkı prezident Vladimir Putinin həm Gümrü, həm də İrəvanda keçirilən səsvermədə aşağı nəticə göstərdiyi açıqlanıb.

İrəvandakı səsvermənin nəticələrinə əsasən, namizədlərdən Vladislav Davankov 63%, Vladimir Putin 8%, Nikolay Xaritonov və Leonid Slutski isə 1% səs toplayıblar. Bülletenlərin 17%-i etibarsız hesab edilib.

Gümrüdəki səsvermənin nəticələrinə görə isə, Vladislav Davankov 48%, Vladimir Putin 21%, Nikolay Xaritonov 2%, Leonid Slutski isə 1% səs toplayıb. Burada bülletenlərin 10%-i etibarsız sayılıb.

Gümrüdə keçirilən səsvermədə əsasən burada yerləşən 102-ci bazanın heyətinin səs verdiyi bildirilir.

Maraqlıdır ki, “Azadlıq” radiosu Vladimir Putinin Gümrüdə 54,8 % səs toplayaraq qalib gəldiyini açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az