Putin Qarabağdan danışdı: Həmin qərarı verəndə…

Putin Qarabağdan danışdı: Həmin qərarı verəndə...

“Ermənistanda Qarabağ məsələsinə görə vəziyyət mürəkkəbdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistan idi. Bu qərarla bağlı bizə məlumat verilməyib. Bundan başqa, KTMT-dən, MDB-dən, Aİİ-dən çıxmağın Ermənistanın maraqlarında uyğun olduğunu düşünmürəm. Bizdə olan məlumata görə, Ermənistanın baş nazirinin tədbirlərdə iştirak etməməsi ölkədəki vəziyyətlə əlaqədardır. Adıçəkilən təşkilatlarla işləmək istəməməsi mənasına gəlmir”, – Putin bildirib.

Əliyar Xəlil
Globalinfo.az