“Donbas sakinlərinin Rusiya Federasiyasına yenidən birləşmək qərarı taleyüklü və tarixi bir hadisədir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin kabinet üzvləri ilə işgüzar görüşdə bildirib.
“Bu seçim dəyişməz və sarsılmazdır. Bu seçim Vətənimizin taleyi ilə diktə olunur və mübaliğəsiz olaraq min illik tarixində ən vacib, bəlkə də hətta müəyyənedici mərhələlərdən birinə, bütün çoxmillətli xalqımızın birliyinin, iradəsinin və həmrəyliyinin simvoluna çevrilib”, – o deyib.
Putin qeyd edib ki, yaxın zamanda bütün Donbas da Rusiya ərazisinə çevriləcək.
Tahir Turan
Globalinfo.az