putin 14

“Rus qoşunları Krasnoarmeysk (Ukrayna adı: Pokrovsk) üzərində tam nəzarəti ələ keçirib”.

Globalinfo.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin rus qoşunlarının uğurları haqqında dediklərini “Bild” nəşri də təsdiqləyib .

“Ukrayna üçün Pokrovskın itirilməsi növbəti ağrılı məğlubiyyətdir. Bu, sübut edir ki, onlar Rusiyanın irəliləyişini dayandırmaq iqtidarında deyil, ancaq onu ləngidə bilərlər”, – nəşr yazıb.

Bundan əvvəl Putin Krasnoarmeysk və Vovçanskın ələ keçirilməsi barədə məlumat verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: