Rusiya Prezidenti Vladimir Putin çıxılmaz vəziyyətdə qalıb, lakin zəifliyini göstərməkdən qorxur. O, Donbası tam ələ keçirmədən müharibənin başa çatdırılmasını təkcə hakimiyyəti üçün deyil, həm də həyatı üçün təhlükə hesab edir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Ekonomist” məlumat yayıb.
“Putin yaxınlarına “Məni asacaqlar” deyib. O, yay aylarında bir neçə həftəlik düşüncələrdən sonra müharibəni dayandırmamaq və əksinə, qarşıdurmada gərginliyi daha da artırmaq qərarına gəlib. Putinin əsas problemi böyük itkilər fonunda nəzərəçarpacaq nəticənin olmamasıdır. Müharibə uzanır, Ukrayna dronları Rusiyanın ərazisinin daha dərinliklərinə girir, normal həyat hissi isə tədricən yox olur. Rusiyada narazılıq artır. Elita arasında isə əhval-ruhiyyə daha da bədbindir. Buna görə də Kreml eyni vaxtda bir neçə istiqamətdə addımlar ata bilər: Ukraynaya zərbələri gücləndirmək, Avropaya qarşı diversiyaları və hibrid müharibəni genişləndirmək, həmçinin yeni səfərbərlik elan etmədən cəbhəyə daha 300–400 min nəfər göndərmək. Lakin Putin başa düşmür ki, eskalasiya onun heç bir problemini həll etməyəcək, əksinə müharibənin xərclərini artıracaq və sistemi daha da qeyri-sabitləşdirə bilər”, – məlumatda deyilib.