Putinin seçəcəyi simvolik tarix: 80 il əvvəl nə baş vermişdi?

“Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə yeni səfərbərlik elan edilməsini açıqlaya bilər”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri yayıb.

Məlumata görə, Putin bu gün Sankt-Peterburda Leninqrad mühasirəsinin yarılmasının 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə çıxış edəcək. Bildirilir ki, Putin Rusiya xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir.

“Bir neçə rusiyalı hərbi bloqerlər qeyd edib ki, Rusiya lideri bu imkandan səfərbərliyin elan edilməsi üçün istifadə edə bilər. Ukrayna və Qərb kəşfiyyatı da dəfələrlə Putinin səfərbərliyə hazırlaşması barədə xəbərdarlıqlar edib. Sözügedən bu xəbərdarlıqlarda da səfərbərliyin yanvarın ortası elan ediləcəyi qeyd olunub”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 1941-45 müharibəsində 872 gün davam edən Leninqrad mühasirəsindən sonra sovet qoşunları 1943-cü ilin 25-27 yanvar tarixində mühasirəni yarıb.