Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edib.
“Vaqner” PMC-nin hərbi qiyam təhlükəsi qarşısında birliklərinə görə həmvətənlərinə təşəkkür edib.
Rusiya lideri qeyd edib ki, ictimai təşkilatlar, aparıcı partiyalar və dini konfessiyalar qəti birmənalı mövqe tutublar.
***
Rusiya Prezidenti Vladimir Putin bu axşam bir sıra mühüm açıqlamalar verəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Onun sözlərinə görə, bu bəyanatlar heç bir mübaliğəsiz Rusiyanın taleyini həll edəcək.
Zaira Akifqızı
Globalinfo.az