Putin “başağrısı”ndan xilas oldu – “Generalın payızı”

 “Rusiya Ukraynaya hərbi müdaxilə zamanı Kiyevdə 1 həftə ərzində hərbi qələbə paradı keçirəcəyini vəd etmişdi. Lakin 2022-ci ildən bu yana Rusiya nəinki Kiyevdə hərbi parad keçirdi, hətta Donbas vilayətinin inzibati sərhədlərinə belə çata bilmədi”.

Bu sözləri Globalinfo.az-a politoloq Natiq Miri Rusiya müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən uzaqlaşdırılması haqda danışarkən deyib.

O bildirib ki, Şoyqu öhdəsinə düşən vəzifəni yerinə yetirmədi:

“Şoyqu beynəlxalq aləmdə müharibə cinayəti törətmiş general hesab edilir. Bu da perspektivdə Rusiyaya başağrısıdır. Sergey Şoyqunun vəzifəsinin dəyişdirilməsi normal qarşılanmalıdır.

Onu əvəzləyəcək Andrey Belousov mülki şəxsdir. O, həm də kibernetikdir. Bu kiberhücum məsələlərində təhlükəsizliyin təminatı baxımından üstünlük əldə etməyə kömək olacaq. Rusiya bununla Ukrayna hərbi elitası içərisində parçalanma yaratmaq istəyini də ortaya qoyub”.

Safura Bənnayeva
Globalinfo.az