Putin Alyaskada: Kimlərin məzarına gül qoydu? – VİDEO

Putin Alyaskada: Kimlərin məzarına gül qoydu? - VİDEO

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Alyaskanın Ankoric şəhərində yerləşən “Fort Richardson” Xatirə Qəbiristanlığını ziyarət edib.

Globalinfo.az xəbər verir ki, Putin burada dəfn olunmuş sovet pilotlarının məzarları üzərinə qırmızı qızılgüllərdən ibarət buketlər qoyub.

Yayımlanan görüntülərdə Rusiya liderinin məzarların hər birini ziyarət edərək ehtiramla gül qoyduğu əks olunub.

Qeyd edək ki, bu pilotlar İkinci Dünya müharibəsi dövründə, “Lend-Liz” proqramı çərçivəsində Alyaska–Sibir marşrutu ilə ABŞ-dan SSRİ-yə təyyarələrin daşınmasında iştirak ediblər.

 

Bu gönderiyi Instagram’da gör

 

Globalinfo.az (@globalinfo_az)’in paylaştığı bir gönderi

Əliyar Xəlil
Globalinfo.az