Alyaskada keçiriləcək Rusiya–ABŞ sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin qarşılanma mərasimi yüksək protokol səviyyəsində təşkil ediləcək.
Globalinfo.az xəbər verir ki, hava limanında dövlət başçısı üçün qırmızı xalça səriləcək, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr fonunda onun ABŞ Prezidenti Donald Tramp ilə tarixi görüşü baş tutacaq.
Sammitin Alyaskada keçirilməsi həm rəmzi, həm də geosiyasi baxımdan əhəmiyyətli sayılır.
Məlumata görə, görüş zamanı iki ölkə arasında təhlükəsizlik, strateji silahların məhdudlaşdırılması və beynəlxalq münaqişələrin həlli kimi məsələlər müzakirə ediləcək.
Tahir Turan














