Ukraynadan Rusiyaya zərbə: Krım aerodromu, helikopterlər vuruldu

Ukraynadan Rusiyaya zərbə: Krım aerodromu, helikopterlər vuruldu

Ukraynanın Təhlükəsizlik Xidməti Krımda yerləşən “Kirovskoye” aerodromunda “Pantsir – C1” zenit-raket kompleksi ilə yanaşı, “Mi-8”, “Mi-26” və “Mi-28” tipli üç hərbi helikopteri məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzi məlumat yayıb.

Əməliyyat pilotsuz uçuş aparatlarının iştirakı ilə həyata keçirilib və nəticədə Rusiya Silahlı Qüvvələrinə məxsus silah anbarları da zərərsizləşdirilib.

Qeyd olunur ki, həmin gecə aerodrom ərazisində iki güclü partlayışın səsləri eşidilib.