Psixoloji problemləri olduğu deyilən məşhur tanınmaz halda – FOTO

2021-ci ildən bəri ictimaiyyət arasına çıxmayan əfsanəvi aktyor Cek Nikolsonun görüntüləri yayılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 85 yaşlı aktyor uzun müddət sonra Kaliforniyadakı evinin eyvanında paparassilərin hədəfinə tuş gəlib.

Üç dəfə “Oskar”a layiq görülən aktyor yorğun görünüşü ilə diqqət çəkib.

Qeyd edək ki, ABŞ mətbuatında yayılan xəbərə görə, C.Nikolson 2021-ci ildən evinə qapanıb. Onun psixi problemlərdən əziyyət çəkdiyi deyilir. Eyni zamanda, “Los Angeles Lakers”in sadiq fanatı olan məşhur ulduz sonuncu dəfə iki il öncə basketbol oyununda görüntülənib.