Fələstinlə bağlı mühüm proses başladı

Fələstinin BMT-yə qəbulla bağlı müraciətinə baxılması prosesi başlayıb.

Globalinfo.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik edən Malta bu prosesə start verib.

Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur ölkənin 2024-cü ildə bu təşkilatın daimi üzvü olacağına ümid etdiyini bildirib.

“İnanıram ki, artıq bu prosesə başlayıb. BMT-nin 194-cü ölkəsi kimi qəbul olunmağımız bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Riyad Mənsur qeyd edib ki, Fələstinin BMT-nin daimi üzvü olmaq istəyi dünya təşkilatının əksər ölkələri, xüsusən də Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənir.

Mənsur bəyan edib ki, Fələstin ərəb ölkələrinin dəstəyi ilə təşkilata qəbul prosesinə başlamaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək niyyətindədir.

Qeyd edək ki, Fələstinin hazırda BMT-də daimi müşahidəçisi var. Bu statusa malik ölkələr əksər iclaslarda iştirak edə və bütün müvafiq sənədlərə çıxış qazana bilər. Lakin onlar səsvermə hüququna malik deyillər. Fələstindən başqa, yalnız Vatikan BMT-də daimi müşahidəçi statusuna malikdir.

Əliyar Xəlil
Globalinfo.az