Prokurorluq məşhur aktyorla bağlı qərar verdi

Məşhur fransız aktyoru Jerar Depardyeyə qarşı irəli sürülən təcavüzə ittihamı üzrə işin bağlanmasına qərar verilib.

Globalinfo.az  xəbər verir ki, Paris purokurorluğu iddia müddətinin bitdiyini əsas gətirərək işə yekun vurulduğunu açıqlayıb.

Aktrisa Elen Darras daha əvvəl Depardyeni 2007-ci ildə çəkiliş meydançasında ona təcavüz etməkdə ittiham etmişdiş. İlk olaraq bu iddialar rədd edilsə də, daha sonra başqa bir neçə qadının da eyni hadisəni yaşadığını bildirməsi məsələni gündəmə gətirdi.