“Çakır”ın serialında Azərbaycana qarşı hörmətsizlik – FOTO

Oktay Kaynarcanın ssenaristi olduğu “Ben bu cihana sığmazam” serialının 32-ci seriyasında göstərilən Azərbaycan xəritəsi müzakirələrə səbəb olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Oktay Kaynarcanın oynadığı Cəzayir Türkün ofisində asılan xəritədə Naxçıvan Azərbaycan ərazisi kimi göstərilməyib.

Bu, serialın izləyiciləri tərəfindən etirazla qarşılanıb.