
“Professorların maaşı 1 000 manata yaxındır. Bu maaşla heç bir alim ailə dolandıra bilməz”.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov “AzPolitika”ya açıqlamasında bildirib.
Misir Mərdanov əməkhaqqı məsələsinin elm və təhsil sahəsində ən ciddi problemlərdən biri olduğunu vurğulayıb.
O, əməkhaqqı ilə bağlı vəziyyəti belə izah edib:
“Məsələn, mənim aylıq əməkhaqqım 1 370 manatdır, digərlərinin əməkhaqqı isə 600-900 manat arasında dəyişir. Professorların maaşı 1 000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz. Ona görə də onlara qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarım ştat işləməyə imkan verilir”.