Priqojinlə danışıqları niyə Lukaşenko aparıb?

Kreml Lukaşenkonun Priqojinlə danışıqlara niyə rəhbərlik etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

O, bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko özü namizədliyini “Vaqner”in təsisçisi Yevgeni Priqojinlə danışıqlar aparan şəxs kimi təklif edib, o, Priqojini 20 ilə yaxındır tanıyır:

“Bu, onun şəxsi təşəbbüsü idi və prezident Putinlə razılaşdırılıb. Putin və Lukaşenko Belarus Prezidentinin “Vaqner” ilə vəziyyəti həll etmək səylərinə vasitəçilik edəcəyi barədə razılığa gəliblər. Kreml bu hazırlığı yüksək qiymətləndirib”.