ABŞ-dan Rusiyaya ölüm hökmü kimi bəyanat: “Putinə qarşı qiyam…”

 

“Blinken Priqojin qiyamı ilə bağlı bildirib ki, “film hələ də davam edir və hələki son pərdəni görməmişik”. Bu, Vaşinqtonun Rusiya ətrafında qeyri-müəyyənlik yaratmaq üçün təbliğat xarakterli tezisi də ola bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Məhərrəmli deyib.

O bildirib ki, ABŞ kəşfiyyatının məlumatlılığı fonunda bunu “Putinin hakimiyyətinə qarşı qiyamların davam edəcəyi” mesajı olaraq da görmək olar:

“Bununla həm də Priqojinin tək olmadığı deyilir. Ukrayna müharibəsi başlayandan sonra Rusiyada elita qarşıdurmasının kəskinləşdiyini gündəlik xəbər lentindən də görmək mümkün idi. Priqojinin qiyamı bu kəskinləşmənin partlaması olsa da, Putinin xaosu idarə etdiyi və narazıları təmizləmək üçün prosesi bu həddə çatdırdığı istisna edilməməlidir”.

A.Nərimanlı deyib ki, Rusiya prezidentinin fikri daxili problemlərə qarışa bilər:

“Mümkündür ki, bundan sonra Kremlin diqqəti həm də daxili hesablaşmalara yönələcək. Və bu, rus sülhməramlılarının olduğu Qarabağdakı proseslər baxımından Azərbaycan üçün sərfəlidir”.

Zaira Akifqızı
Globalinfo.az