“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin həyat yoldaşı ərinin ölümündən sonra soyadını dəyişib. Sahibkar və üç şirkətin ortağı Lyubov Valentinovnanın yeni soyadı Kryajevadır.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, Kryajeva qadının əvvəlki soyadıdır.
Qeyd edək ki, Yevgeni Priqojin avqustun 23-də Rusiyanın Tver vilayətində təyyarə qəzasına uğrayıb. Avqustun 27-də İstintaq Komitəsi onun ölümünü təsdiqləyib.