“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu iddia edilən ofisində axtarışlar zamanı qızıl külçələr, ağ toz və tapançalar aşkar edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Fontanka məlumat yayıb.
Nəşr qeyd edir ki, axtarışlar Sankt-Peterburqdakı Trezzini otelinin ofisində aparılıb. Ofislərdən birində üzərində valyuta olan çantalar tapılıb.
Əməliyyatçılar, həmçinin oradan beş kiloqram qızıl külçə, altı qablaşdırılmış tapança və beş paket ağ toz aşkar ediblər.
Hotelin binasında müxtəlif adlarla Priqojinə aid 4 pasport da tapılıb.
Bu sənədlərin Priqojinin dublyorları üçün nəzərdə tutula biləcəyini ehtimal edir.
Priqojin daha əvvəl demişdi ki, Sankt-Peterburqdakı ofisinin yaxınlığındakı bir neçə avtomobildən tapılan pullar “Vaqner” döyüşçülərinə və onların ailələrinə maaş vermək üçün nəzərdə tutulub.















