Kreml Putinin Priqojinlə görüşdüyünü təsdiqlədi – Detallar

İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin Kremldə “Vaqner” qruplaşmasının komandirləri və rəhbər Yevgeni Priqojinlə görüş keçirib. 

Globalinfo.az xəbər verir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov da təsdiqləyib.

“İclasda ümumilikdə 35 nəfər iştirak edib. Görüş iyunun 29-da baş tutub və 3 saat davam edib. Putin keçirilən əməliyyatlarla bağlı vaqnerçilərdən izahat alıb”, – o bildirib.

Vaqner komandirləri Kremldə Putinlə görüşdə onu dəstəklədiklərini və Vətən uğrunda mübarizəni davam etdirməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, V.Putinin Kremldə Y. Priqojinlə görüşdüyünü Fransa mətbuatı yazıb.

Ayşən Mustafa
Globalinfo.az