İsrailin nüfuzlu nəşri Priqojinin adını bu siyahıya saldı

İsrailin “Yerusəlim Post” nəşri “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojini “İlin ən nüfuzlu 50 yəhudisi” siyahısına salıb.

Globalinfo.az xəbər verir ki, nəşr Priqojinin 2023-cü ilin iyun ayında Rusiyada hərbi çevrilişə cəhd etməsinin ona dünya səviyyəsində şöhrət qazandırdığını bildirib.

Priqojinin 10 il həbs həyatından sonra yəhudi ögey atasının sayəsində sendviç dükanı açması, daha sonra bunu restoran şəbəkəsinə çevirməsi vurğulanıb.

Həmçinin Priqojinin 2016-cı ildə ABŞ seçkilərinə müdaxilə etməkdə günahlandırılması, “Putinin aşpazı” adı ilə ən yaxın adamlarından biri kimi tanınması xüsusi qeyd olunur.

Qeyd edək ki, Y.Priqojinin təyyarəsi avqustun 24-də Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Nəticədə o və şirkətin digər yaradısı Dmitri Utkin həlak olub.

Priqojinin öz atası və daha sonra ona himayəçilik edən ögey atası yəhudi olublar.

Ayşən Mustafa
Globalinfo.az