Priqojin “Qazel” dolusu pullarının tapılmasından danışdı

Priqojin "Qazel" dolusu pullarının tapılmasından danışdı

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Sankt-Peterburqdakı ofisində tapılan pullar barədə danışıb.

Globalinfo.az xəbər verir ki, o, pulların Vaqnerçilər üçün nəzərdə tutulduğunu vurğulayıb.

“Məndə təkcə “Qazel” deyildi. Orada içi pullarla dolu bir “Qazel” və iki kiçik avtobus tapılıb. Bütün bunlar Vaqnerçilər və onların ailələri üçün ödənişlərə görə nəzərdə tutulub”, – Y.Priqojin bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az