
Portuqaliyada prezidentliyə namizəd, “Chega” Partiyasının lideri Andre Ventura səhnədə infarkt keçirib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, Tavirdəki mitinqdə çıxışı zamanı onun halı pisləşib.
Ventura nitqinin ortasında gözlənilmədən dayanaraq, sinəsini tutub.
Ardınca komanda yoldaşları köməyə çataraq, onu səhnədən düşürüblər.
Hadisədən sonra prezidentliyə namizəd açıqlama yayıb.
“Müalicə olunuram, yaxın bir neçə saat ərzində evə buraxılacağam”, – o bildirib.
Zaira Akifqızı
Globalinfo.az














