“Azərbaycanın müstəqil siyasət yürütməsi, apardığı tikinti və quruculuq işləri, Prezident İlham Əliyevin xalqın azadlığı və suverenliyini bütün dünya qarşısında layiqincə təmsil etməsi bir çox dövlətləri narahat edir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, digər bölgələrdə olduğu kimi Cənubi Qafqazda da müharibə alovunu qızışdırmağa çalışırlar.
“Bu dövlətlərdən biri də rəsmi Vaşinqtondur. O, müharibələrdə ya birbaşa, ya da dolayı yolla iştirka edir. ABŞ-ın Vyetnam savaşı bitdikdən, Sovet imperiyası dağıldıqdan sonra bir çox ölkələrin daxili işlərinə qarışması, xırda-xırda dövlətlər yaradıb öz səfirləri vasitəsilə idarəetmə mexanizminə keçməsi ABŞ-ın birbaşa vəzifəsidir”.
Safura Bənnayeva
Globalinfo.az














