Prezidenti qəzəbləndirən o idi ki… – Trampın komandası təkrar danışıqların əleyhinədir

Prezidenti qəzəbləndirən o idi ki… – Trampın komandası təkrar danışıqların əleyhinədir

Trampın komandası Zelenski ilə təkrar danışıqların əleyhinədir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts deyib.

“Mübahisələrdən sonra mediadan getmələrini xahiş etdik, sonra iclas keçirdik. Biz hamımız yekdilliklə prezidentə bu təhqirlərdən sonra artıq gələcək əlaqələrin geriyə addım olacağını dedik”, – Uolts “ Fox News”a müsahibəsində bildirib.

O qeyd edib ki, minerallarla bağlı saziş Ukrayna üçün nikbin məqam olacaqdı, lakin Zelenski bu imkanı itirdi.

“Bunun əvəzində bizə aydın oldu ki – bizi məyus edən və prezidenti qəzəbləndirən də məhz o idi – Zelenski müharibəni dayandırmaq istəmir”, – o əlavə edib.

Xatırladaq ki, fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski mineral sazişinin imzalanması üçün Vaşinqtona səfər edib və Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Lakin Zelenski, Tramp və vitse-prezident Vens arasında yaranan mübahisə səbəbindən birgə mətbuat konfransı və imzalanma mərasimi baş tutmadan Ukrayna Prezidenti Ağ Evi tərk edərək oradan uzaqlaşıb.

Aysel Əliyeva
Globalinfo.az