Prezident yalnız bu şəxsin məhkumluğunu götürdü

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Globalinfo.az xəbər verir ki, sərəncamla bir nəfərin məhkumluğu götürülüb.

Belə ki, 1996-cı il təvəllüdlü, Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 9 fevral tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş Orxan Əhəd oğlu Fətullayevin məhkumluğu götürülüb.

Qeyd edək ki, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə məhkumluqları götürülür.