Prezident vaxt vermişdi: Söyüdlüdə son durum açıqlandı

Prezident İlham Əliyev iyul ayının 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirən zaman Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrə də toxundu. Ölkə başçısı bildirdi ki, proseslərin bu həddə gəlib çatmasında aidiyyəti qurum və məmurların rolu var. O, daha çox baş nazir Əli Əsədovla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi tənqid etdi. Onlara məsələni araşdırmaları üçün isə bir həftə vaxt verdi. Maraqlıdır, hazırda qurumlarda vəziyyət nə yerdədir?

Məsələ ilə bağlı Globalinfo.az həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN), həm də Nazirlər Kabinetinə sorğu ünvanlayıb.

ETSN-dən saytımıza bildirildi ki, artıq hesabatlar hazırlanıb:

“Sərəncama uygun olaraq Söyüdlü ərazisində aparılan monitorinqlərin və araşdırmaların nəticəsi barədə hesabat hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub”.

Nazirlər Kabineti hələ ki sorğumuza cavab verməyib.

Zaira Akifqızı
Globalinfo.az