d63fbf8c178392377639402075110364087

Prezident İlham Əliyevin Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun mərasimində çıxışı zamanı toxunduğu məqamlar diqqət çəkib.

Prezident Azərbaycanın Avropa Şurasından tam çıxmağı nəzərdən keçirdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz legitim hüququndan istifadə edib torpaqlarına azad edir, lakin ölkəmizi cəzalandırmaq üçün qətnamələr qəbul olunur.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan qonşu ölkələrlə birlikdə Avropa Şurasına üzv olmaqla bağlı qərar verərkən bir çox gözləntiləri var idi:

“Bu gözləntilərdən biri Azərbaycanda demokratik islahatlara Avropa Şurasının dəstəyi, bu beynəlxalq platformadan istifadə edərək ölkəmizin beynəlxalq legitim haqlarının müdafiəsinin təmin edilməsi idi. Təşkilatla rəsmi Bakı uzun illər əməkdaşlıq etdi və məhsuldar işlər görüldü. Lakin zaman keçdikcə Avropa Şurası özünün bir çox prinsiplərindən uzaqlaşdı. Bu qurum faktiki olaraq bir çox ölkəyə öz prinsiplərini diktə etməyə çalışıb. Qurum bir növ təzyiq alətinə çevrilib. Avropa Şurası Parlament Assambleyasının 44 günlük müharibə zamanı sərgilədiyi mövqe, Bakıya qarşı tutduğu qərəzli yanaşma qəbuledilməzdir. Buna görə də Azərbaycan keçən ilin yanvarından bu qurumla əməkdaşlığı müəyyən müddətə təxirə saldı. Keçən müddətdən sonra biz təşkilatın fəaliyyətində ciddi dəyişiklik olduğunu görmürük.

oqtay qasimov 5

Azərbaycan hər zaman təşkilatlarla əməkdaşlıqda maraqlı olub. Lakin bu o demək deyil ki, əməkdaşlıq etdiyimiz təşkilatlar bizə təzyiq göstərə və ya nəyisə diktə edə bilər. Hesab edirəm ki, Avropa Şurası mövqeyində dəyişiklik edib Azərbaycanla danışıqlara başlamalıdır. Əks təqdirdə, həqiqətən də rəsmi Bakı qurumu tərk edəcək”.

Turan Rzayev
Globalinfo.az

 

Paylaş: