Prezident Məhərrəm Əhmədovla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.