Kürdəmirə yeni icra başçısı təyin edildi

Kürdəmirə yeni icra başçısı təyin edildi

Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, bundan öncə Kürdəmirin icra başçısı Elxan Oqtay oğlu İbrahimov idi.

O prezidentin sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.